Yaponiyada Yoşihide Suqa ölkənin növbəti baş naziri vəzifəsini tutmaq istəyir

Yaponiyanın xəbər agentliklərinin məlumatına görə, nazirlər kabinetinin baş katibi Yoşihide Suqa ölkənin növbəti baş naziri vəzifəsini tutmaq istəyir.

Onun bu həftə ərzidə Liberal Demokrat Partiyasından ölkə liderliyinə istəyini açıqlayacağı gözlənilir. Digər namizədlər arasında keçmiş müdafiə naziri Şiqeru İşiba və sabiq xarici işlər naziri Fumio Kişida yer alır.

Şiqeru Işiba

Yaponiyanın parlament sisteminə əsasən baş nazir vəzifəsinə adətən hakim partiyanın lideri seçilir.

Rəy sorğularına görə, yaponların 34 faizi baş nazir vəzifəsində İşibanı görmək istəyir. Rəyi soruşulanların yalnız 14 faizi 2018-ci il seçkiləri zamanı Abe ilə mübarizə aparan İşibaya dəstək verir.

Baş nazirlik vəzifəsinə səsvermə sentyabrın 14-də keçirilməlidir.

Yaponiyanın baş naziri Şinzo Abe avqustun 28-də səhhətində olan problemlər səbəbi ilə istefa verib.

Yaponiyanın baş naziri Şinzo Abe Tokioda baş nazirin iqamətgahında keçirilən mətbuat konfransıda sətəliyi ilə əlaqədar istefasını elan etdikdən sonra baş əyir, 28 avqust, 2020.

Ötən cümə günü Tokioda jurnalistlərə açıqlama verən baş nazir 2007-ci ildən bəri bağırsaq xəstəliyindən əziyyət çəkdiyi üçün vəzifədən getmək qərarına gəldiyini deyib.

Abeninin vəzifə müddəti 2021-ci ilin sentyabr ayında başa çatacaqdı. Lakin indi yeni baş nazir vəzifəsini icra edəcək yeni bir partiya liderinin parlament tərəfindən seçilib təsdiqlənməsinə qədər qalması gözlənilir.

Baş nazirin istefası ilə bağlı mübahisələr bu ilin əvvəlində Tokiodakı xəstəxanaya sağlamlıq müayinəsi üçün getdikdən sonra ortaya çıxmışdı. Lakin o vaxt xəstəliklə bağlı heç bir detal açıqlanmamışdı.

Fumio Kişida

65 yaşlı Şinzo Abe gənc yaşlarından bağırsaq xəstəliyindən əziyyət çəkdiyini etiraf edib. Buna görə uzun müddət müalicə aldığını bildirib.

Abe əmisi Eisaku Satonun rekordunu qıraraq Yaponiyanın ən uzun müddət vəzifədə olan baş naziri olmuşdu.

Tokionun səhm birjası bu xəbərin ardınca cümə günü 1,5 faiz geriləmə ilə həftəni başa vurub.