ABŞ-da işsizlik 5.7 faiz təşkil edir [Video]

Your browser doesn’t support HTML5

Yanvarda ABŞ-da iş artımı qeydə alınıb, amma işsizlik səviyyəsi artıb

Ötən ay 200,000 yeni iş yeri açılıb ~ Son 20 ildə ən davamlı artım

Hökümətin ən son iş hesabatında ABŞ şirkətləri gözləntiləri üstələyiblər. Onlar yanvar ayında 257,000 yeni iş yerləri yaradıblar. İş artımı yüksək olsa da, 5.7 faizə qalxan işsizlik səviyyəsini azalda bilməyib. Təhlilçilər bildirir ki, ötən ayın iş yerləri rəqəmləri ABŞ iqtisadiyyatının davamlı inkişafının göstəricisidir.

Yanvar ayında ABŞ-da 200,000 yeni iş yeri açılıb və bu son 20 ilin ən davamlı artımıdır. ABŞ Xəzinə Naziri Cek Lyu ötən həftə qanunvericilərlə bu barədə danışıb.

Düşünürəm ki, biz davamlı olaraq gəlir artımı müşahidə edəcəyik, çünki hazırda ABŞ-da olduqca aşağı inflyasiya qeydə alınır.
Mar Hamrik

“Fakt budur ki, bizim bizneslərimiz ötən il 3milyondan artıq iş yeri yaradıb. Bu isə 1990-cı illərdən bəri ən yüksək artımdır.”

Yeni iş yerləri hər bir sahədə artıb- pərakəndə, inşaat, və səhiyyə. Ancaq təkcə özəl sektorda iş artımı qeydə alınmayıb, həm də orta əmək haqqı hər saata 12 sent artıb.

Bakrate.com saytının Vaşinqton Bürosunun sədri Mark Hamrik bunun vacib olduğunu qeyd edir.

“Düşünürəm ki, biz davamlı olaraq gəlir artımı müşahidə edəcəyik, çünki hazırda ABŞ-da olduqca aşağı inflyasiya qeydə alınır. Və maaşlar inflasiyadan daha sürətlə artır ki, bu da müsbət haldır. Lakin unutmayın ki, amerikalıların məişət gəlirləri uzun zamandır artmayıb.”

Ötən aya işsizlik səviyyəsi bir az artıb, lakin iqtisadçılar bunu daha çox insanın iş axtarması ilə əlaqələndirir. Təhlilçilər yeni işçilərin ABŞ iqtisadiyyatına qazanc gətirəcəklərini güman edirlər, lakin daha sonrasının qeyr-müəyyən olduğunu deyirlər.

Maks Uolf Manhattan Müəssisə Tərfdaşlarının baş iqtisadçısıdır.

“Gözləntilər odur ki, ABŞ-ın makro-iqtisadiyyatında kəmiyyət yüngülləşməsi nəticəsində (Q1 VƏ Q2) güclü rəqəmlərlə üzləşəcəyik, daha sonra isə dünyanın digər hissələrindəki zəiflik bizə də gəlib çıxacaq.”

Yüksək iş rəqəmlərinə baxmayaq, ötən həftə ABŞ aksiyaları aşağı idi. İqtisadiyyat artıqca investrolar ABŞ Federal Ehtiyyat Bürosunun sələm faizlərini qaldıracağını düşünürlər.