Yanqonda etiraz zamanı 5 nəfərin öldürüldüyü bildirilir

Bazar günü səhər saatlarında Myanma təhlükəsizlik qüvvələri Yanqonda çevriliş əleyhinə etiraz edən insanların üzərinə maşını sürməsi nəticəsində beş nəfər ölüb, azı 15 nəfər həbs olunub. Bu barədə yerli xəbər portalı Myanmar Now məlumat verib.

Hadisə yerində şahidlər Reuters-ə onlarla insanın yaralandığını bildirib. Sosial mediada yayılan foto və videolarda etirazçıların üzərinə sürülən maşın və yolda uzanan cəsədlər göstərilib.

Yanqonda səhər baş verən zorakılıqlara rəğmən başqa etiraz da olub.

Fevralın 1-də baş verən çevrilişdən bəri 1300-dən çox insanın öldürülməsinə baxmayaraq ordu əleyhinə etirazlar davam edir. Etirazları keçirən qruplar Nobel laureatı Aunq San Suu Çinin başçılıq etdiyi seçki yolu ilə seçilən hökumətin devrilməsinə və hərbi hakimiyyətin qayıtmasına etiraz edirlər.

Müxalifətin kölgə hökuməti dinc etirazçıların əzilərək və güllələnərək öldürüldüyünə görə məyusdur.

“Biz qəddarcasına, qeyri-insani şəkildə silahsız dinc etirazçıları öldürən terrorçu orduya güclü cavab verəcəyik,” Milli Birlik Hökumətinin müdafiə naziri bazar günü baş verən hücumdan sonra sosial mediada yaydığı bəyanatda bildirib.

Bir şahid bildirib ki, hadisə Myanmanın ən böyük şəhəri Yanqonda keçirilən “fleş mob” etirazı başlayandan dəqiqilər sonra baş verib.

“Yük maşını mənə dəydi və mən yıxıldım. Əsgər məni silahı ilə döydü, amma mən özümü müdafiə etdim və onu itələdim. Ardından mən ziq-zaq şəklində qaçarkən o mənə atəş açdı. Xoşbəxtlikdən mən qaça bildim” -deyə, təhlükəsizlik səbəbilə adının açıqlanmasını istəməyən etirazçı Reuters-ə bildirib.

İki qurban bildirib ki, əsgərlərlə dolu maşın arxadan izdihamın üzərinə sürülüb və daha sonra əsgərlər etirazçıları təqib edərək, onları döyüb. Bəziləri başlarına ağır zədələr alıblar və huşlarını itiriblər.

Hakim xuntanın sözçüsü bazar günü şərh çağırışlarına cavab verməyib.

Ordu qətlə yetirilən etirazçıların zorakılığı qızışdırdığını bildirib. Ordu noyabrda Suu Çinin partiyasının qalib gəldiyi seçki saxtalaşdırıldığı üçün çevrişil etdiyini bildirir. Seçki komissiyası isə bu iddianı rədd edib.