Yanğında üç nəfər ölüb

Bakının mərkəzində yaşayış binasında yanğın olub

Bakıda yanğın nəticəsində üç nəfər ölüb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən kafedə baş verib. Yanğın zamanı tüstüdən üç nəfər boğularaq ölüb.

Yanğının səbəbləri barədə məlumat verilmir.