Martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Narkoloji Mərkəzdə yanğın olub. Hadisə nəticəsində 26 nəfər ölüb.
Yanğının baş verməsindən bir neçə saat sonra Azərbaycan prezidenti İlham Əliyev faciə yerinə gəlib.
Rəsmi məlumata görə, o, vəziyyətlə tanış olub və müxtəlif dövlət qurumlarının yanğının səbəbləri və nəticələri haqqında məruzələrini dinləyib.
Respublika Baş Prokurorluğu, Fövqəladə Hallar, Daxili İşlər və Səhiyyə nazirliklərinin birgə məlumatına görə, yanğın zamanı operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 31 nəfər xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Hadisə yerinin müayinəsi zamanı 24 nəfərin meyiti aşkar edilmişdir.
İlkin araşdırmaların nəticələrinə görə yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib. Amerikanın Səsinin hadisə yerində olan müxbiri bildirib ki, hadisə yerinə daxili işlər, fövqəladə hallar, səhiyyə nazirləri, baş nazirin müavini gəlib. Narkoloji dispanserin qarşısında yanğınsöndürənlər və çoxsaylı təcili tibbi yardım avtomobilləri dayanıb.
Öz növbəsində Səhiyyə Nazirliyi bilirir ki, yanğın baş verən zaman mərkəzdə müalicə alan və tibbi personaldan ibarət 200 nəfərdən artıq adam, o cümlədən yanğın baş vermiş korpusda 55 nəfərin olduğu müəyyən edilib.
Amerikanın Səsinin müxbirinin hadisə yerindən göndərdiyi video və fotoları təqdim edirik.
Your browser doesn’t support HTML5
Your browser doesn’t support HTML5
İsmayılova Qənirə Narkoloji Mərkəzdə müalicə alan İsmayıl İsmayılovun anasıdır. O, mərkəzin qarşısında gözləyib, oğlu barədə hər hansı məlumat ala bilmədiyini bildirib.
“Oğlum fevralın 16-dan burada müalicə olunur. Dünən telefonla danışmışdıq. Oğlum dedi ki, mənə corab və başqa əşyalar göndər. Qonşumuz bu gün səhər dedi ki, Narkoloji dispanser (NArkoloji Mərkəz-red) yanıb, 30 nəfər ölüb. 20 dəfəyədək dispanserə zəng etmişəm, telefona cavab verən yoxdur. İndi çaş-baş qalmışam. Oğlumla bağlı məlumat ala bilmirəm”, İsmayılova Amerikanın Səsinin hadisə yerində olan müxbirinə bildirib.
Your browser doesn’t support HTML5
“Oğlum Rüfət iki gündür buradadır. Hər hansı məlumat ala bilmirəm”, digər bir ana deyib.
Your browser doesn’t support HTML5
Your browser doesn’t support HTML5
Your browser doesn’t support HTML5