Xəzər dənizində yanğınla müşahidə olunan vulkan püskürüb

İyulun 4-də axşam Xəzər dənizinin Bakı buxtasının cənubundakı Ələt qəsəbəsi isitiqamətində güclü partlayış olub və ardınca yanğın baş verib. Bu barədə sosial şəbəkələrdə video görüntülər yayılıb.

Alovu Bakıda sahildən görmək mümkün olub.

Rəsmi məlumatlara görə, Xəzər dənizindəki gəmilərdə və neft platformalarında yanğın və partlayış baş verməyib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, ilkin ehtimala görə, partlayışa səbəb vulkan püskürməsidir.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin son rəsmi açıqlamasına görə, Ələt qəsəbəsi (Bakıdan 72 kilometr qərb) ilə Neftçala şəhəri (Bakıdan 174 kilometr cənub) arasında, sahildən təxminən 30 kilometr məsafədə dənizdə yerləşən Daşlı adada təbii şəkildə yanan palçıq vulkanı baş verib. Yaxınlıqda neft sənayesinə aid hər hansı infrastruktur mövcud olmayıb.

Nazirlik vulkan ərazisi ilə bağlı rəsmi saytında video da yerləşdirib.