Xəstəxanalara maska paylayan azərbaycanlı

Your browser doesn’t support HTML5

ABŞ-ın Texas ştatında yaşayan azərbaycanlı Babək Hüseynli koronavirusla mübarizə aparan və maska çatışmazlığı ilə üzləşən tibb işçilərinə yardım edir. O, 3D printeri vasitəsilə onlar üçün maskalar və başqa qoruyu avadanlıqlar çap edir. Babək Hüseynli Amerikanın Səsinə müsahibədə pandemiya dövründə kiçik yerli klinikalarda bu cür maskalara tələbatın çox olduğunu deyib.