Xəstə süngərlər Baykal gölünə təhlükə yaradır

Your browser doesn’t support HTML5

Rusiyada naməlum bir xəstəlik dünyanın ən dərin gölü hesab edilən Baykal gölünün aydınlığına təhlükə yaradır. Tədqiqatçılar vəziyyəti beş il boyunca yaxından izləməyə başlayıblar, amma hələ də süngərlərin xəstlələnməsinə nəyin səbəb olduğunu müəyyən edə bilməyiblər.

Xəstəlik Sibirin cənubunda yerləşən Baykal gölünün səthi altında yayılır. Alimlər beş ildən çoxdur gölün dibində süngərlər arasında yayılan xəstəliyin mənbəyini araşdırırlar.

"Biz gölün yatağında nə qədər süngərlərin olduğunu yoxlayırıq. Biz onlardan neçəsinin öldüyünü hesablayırıq, nümunə götürüb, onların xəstələnməsinə nəyin səbəb olduğunu təhlil edirik," Olqa Maykova deyib.

Olqa Maykova Rusiya Elmlər Akademiyasının Sibir filialının Limnologiya İnstitutunun tədqiqatçısıdır. O, süngərlərin xəstələnməsinə nəyin səbəb olduğunu araşdırır və patogenlərin mənbəyini axtarır.

"Biz görürük ki, insan təsirinin daha yüksək olduğu yerlərdə xəstə süngərlərin vəziyyəti əhəmiyyətli dərəcədə pisdir. Mən bunu. Artıq yerli ekoloji fəlakət hesab edirəm, çünki süngərlərin müxtəlifliyi yoxa çıxıb. Onların sayı azalıb və orada hər şey lil, ölən üzvi maddələr qatı ilə örtülüb. Ekosistemin yaxın gələcəkə bərpa olmaq ehtimalı yoxdur," Olqa Maykova deyib.

Tədqiqatçılar deyir ki, hətta beş santimetrlik kiçik süngər belə 20 litr suyu təmizləyə bilir. Süngərlərlə dolu göl yatağı insanların vurduğu ziyanları azalda bilər.

"Bu yer müvəqqəti olaraq turistlərə bağlanmalıdır. Təbiət özünü tez bir zamanda bərpa edə bilər, amma bunun üçün göl bir müddət toxunulmaz olmalıdır," Olqa Maykova bildirib.

Bunu etmək isə çətin ola bilər. İnsanlar Sibirdəki Baykal gölündə istirahət etmək istəyirlər. Baykal gölü dünyanın ən böyük şirin su mənbəyi və ən dərin gölüdür.