Xədicə İsmayılova: Bütün dünya koronavirusla mübarizə aparır, bizim hökumət isə öz xalqı ilə

Your browser doesn’t support HTML5

Beynəlxalq ictimaiyyət Azərbaycanda son günlər müxalifət nümayəndələrinə qarşı təqiblərin artdığını qeyd edib. ABŞ Dövlət Departamenti Azərbaycanda son günlər müxalifət üzvlərinin kütləvi həbslərinə münasibət bildirərək, Azərbaycan hökumətini fundamental azadlıqları dəstəkləməyə çağırıb. “Azərbaycan xalqı intiqam qorxusu olmadan öz haqlarını ifadə etməyə layiqdir”, Dövlət Departamentinin sözçüsü Amerikanın Səsinə açıqlamasında bildirib. Araşdırmaçı jurnalist Xədicə İsmayılova beynəlxalq ictimaiyyəti Azərbaycanda müxalifət üzvlərinin həbslərinə münasibət bildirməyə çağırıb. O, Amerikanın Səsinə müsahibəsində Azərbaycanda son həbslər, beynəlxalq ictimaiyyətdən gözləntilər və medianın durumu haqda danışıb.