Xədicə İsmayıl: İzləmə proqramlarına məhdudiyyətlər qoyacaq nəzarət sistemi olmalıdır

Your browser doesn’t support HTML5

İnsan haqları müdafiəçiləri və media azadlığı təşkilatları dünya miqyasında 180 jurnalistin İsrailin hərbi səviyyəli casus proqramı-Pegasus tərəfindən hədəf alındığı xəbərlərinə görə narahatlıqlarını ifadə edir.

Azərbaycanın əsas xəbər orqanlarında çalışan bir çox jurnalist və redaktorların telefon nömrələri də sözügedən siyahıda yer alır.​ Onlardan biri də araşdırmaçı jurnalist Xədicə İsmayıldır. O Amerikanın Səsinə müsahibəsində Pegasus vasitəsi ilə insanların izlənilməsi və dinlənilməsinə qarşı hüquqi prosedurlar, beynəlxalq reaksiyalar və bu barədə aparılan təhqiqatlar barədə danışıb.