Xəzərsahili çimərliklər mövsümə hazırdır

Çimərlik

Sumqayıt, Şıx və Sahil çimərliklərində isə mikrobiloji çirklənmə qeydə alınıb
Bakının Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlan və Hövsan çimərliklərində çirklənmə dərəcəsi norma daxilindədir. Bununla yanaşı bu il də Sumqayıt, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazilərində mikrobioloji baxımdan çirklənmə qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi bildirir ki, Xəzər dənizinin Azərbaycana aid sahil zolağındakı çimərlik sahələri (Sumqayıt, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazilərindən başqa) yay mövsümü ilə əlaqədar çimərlik kimi istifadəyə yararlıdır.