22 yaşlı Demetrius Kutçinin qavrama qabiliyyətində problem var. Lakin bu, onun qarşısını almır.
Demetrius Kutçin: “Mən qaçmağı sevirəm.”
Məşqçi Antoni Sokenu onu yarışlara hazırlaşdırır.
Antoni Sokenu: “Mən ona təkan verməliyəm ki, o ən yüksək nəticə əldə edə bilsin.”
Demetrius Kutçin: “O mənə fərqli isinmə hərəkətlərini öyrədir.
Los Anjeles şəhərində ən yüksək göstəriciyə mallik idmançının seçiləcəyi seçmə yarışlardan sonra Kutçin qaçış üzrə 100 və 400 metrlik məsafəyə estafet yarışlarda iştirak edəcəyinə ümid edir. Keçən il o, ABŞ-ın Xüsusi Olimpiadasında 400 metrlik məsafəyə qaçış üzrə yarışda birincilik qazanmışdı. Kutçin bu məsafəni ən qısa vaxt ərzində qət etmişdi. O, 2015-ci il Ümumdünya Oyunlarında rekordu təzələmək istəyir.
Demetrius Kutçin: “Mən özümü xoşbəxt hiss edirəm, çox həyəcanlıyam. Mən qələbə çalacağıma inanıram.”
Onun məşqçisi deyir ki, utancaq və sakit təbiətli idmançı bir neçə il əvvəl Xüsusi Olimpiadalar proqramında iştirak etdikdən sonra onda böyük inkişaf qeyd edilib.
Antoni Sokenu: “Siz onun şəxsiyyət kimi yetişdiyi və atletik qabiliyyətində böyük dəyişikliyi görə bilərsiniz.”
Kutçinsin anası Laverna deyir ki, Xüsusi Olimpiada proqramı onun oğlunun qavrama qabiliyyətində problemlərinə kömək edib və o keçən il orta məktəbi bitirib.”
Laverna Kutçin: “Mən ona dedim ki, başını uca tut, her şey yaxşı olacaq.”
Antoni Sokenu deyir ki, Xüsusi Olimpiada proqramında qələbə çalmaq və ya məğlub olmaq əsas deyil. Proqram idman yarışlarında iştirak edə bilməyən əqli problem olan uşaqların dəstəkləndiyi bir mühitin yaradılması üçün vacibdir.
Antoni Sokenu: “Proqram onların özlərini təhlükəsiz hiss etdiyi və insanların burada onlar üçün olduğunu başa düşdyü bir mühit yaradır.”
İdmançı Los Anjelesdə yarışda iştirak edən zaman, anası onu Vaşinqtondan dəstəkləyəcək. O, oğlunun qızıl medal alacağına ümid edir.
Laverna Kutçin: “Mən ümid edirəm.”