İranda 4 yeni xristian tutulub

İranda 30-a yaxın azərbaycanlı fəala həbs,şallaqlanma cəzaları verilib.

Tutulanların harada saxlandığı bilinmir
İranda islamdan xristianlığa keçən 4 nəfərin tutulduğu xəbəri yayılıb.

“Media forum” saytının məlumatına görə, ETTELAAT-ın Tehran özəyinin əməkdaşları oktyabrın 5-də Şəhab Səmimi, onun həyat yoldaşı Fəriba Kərimxanı və qonaqları Fərşad Rəhimdili mənzildə tutub bilinməz istiqamətə aparıblar. Evdə yoxlama aparılıb, xristianlara məxsus dini kitablar, kompüter, CD-lər və digər şəxsi əşyalar götürülüb.

ETTELAAT əməkdaşları xristianlığı qəbul edən Yasir Mirzə Zəncanini də mənzilində tutub aparıblar. Evdən bir sıra şəxsi əşyalar götürülüb. Tutulanların hazırda harada saxlandığı bilinmir.