Xodorkovskinin həbs müddəti bir il azaldıldı

Xodorkovskinin həbs müddəti bir il azaldıldı

Moskva məhkəməsi Rusiyanın Yukos neft şirkətinin sabiq rəhbəri Mixail Xodorkovski və biznes tərəfdaşıPlaton Levedevə qarşı ikinci iddianı qüvvədə saxlayıb.

Ancaq dünən keçirilən məhkəmə zamanı hakim onların cəza müddətini bir il azaldıb. Bu isə, biznesmenlərin 2016-cı ilə kimi həbsdə qalacağı anlamına gəlir.

Hər iki şəxs vergidən yayınma və saxtakarlıqda təqsirli bilinərək həbs edilib. Kreml daha sonra onların üzərinə çirkli pulların yuyulması və neftin oğurlanması ittihamlarını da əlavə edib.

Xodorkovskinin vəkili Avropa İnsan haqları məhkəməsinə müraciət edəcəklərini bildirib.