Xocalı qurbanları yad edilir [Video & Fotoqalereya]

Your browser doesn’t support HTML5

Xocalı qurbanları yad edilir

Faciə zamanı 613 nəfər qətlə yetirilib
Xocalı faciəsindən iyirmi iki il keçir. Bu gün ölkə ərazisində matəm günüdür.

Xocalı qurbanlarına ucaldılmış “Ana fəryadı” abidəsinin önündə fəxri qarovul düşülüb. Ölkənin bütün məktəblərində Xocalı ilə bağlı xatirə dərsləri keçirilir, muzeylərdə faciəni əks etdirən sərgilər açılıb, Azərbaycanın diplomatik nümayəndəliklərində anım mərasimləri təşkil edilib, məscidlərdə dualar oxunur.

Prezident İlham Əliyev, Milli Məclisin deputatları, hökumət üzvləri, siyasi partiyalar, on minlərlə ictimaiyyət nümayəndəsi “Ana fəryadı” abidəsinin önünə gələrək faciə qurbanlarını yad edib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşmiş 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbçilərinin köməyi ilə Xocalı şəhərini yerlə-yeksan edib.

Mülki əhaliyə qarşı törədilmiş kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 155 nəfərin taleyi isə hələ də məlum deyilr. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib.

Xocalı qurbanları yad edilir