ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bu yaxınlarda Xocalı qurbanları ilə görüşüb.
ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, görüş zamanı Xocalı faciəsinin qurbanları səfirlə öz şəxsi hekayələrini paylaşdılar.
“Öz acı təcrübələrinə baxmayaraq, onlar hamısı münaqişənin sülh yolu ilə həllinə ümidvar olduğunu bildirdilər. Bu görüş bir çoxlarının münaqişə nəticəsində aldıqları dərin ağrıdan əziyyət çəkməkdə davam etməsini xatırlatdı və çıxış yolu kimi münaqişənin həllində sülh yolunun vacibliyini vurğuladı”, Sekuta qeyd edib.
ABŞ səfiri sonra bildirir: “Görüşdüyüm Xocalı qurbanlarının düşündükləri kimi, biz də məsələnin həllində diqqətimizi sülh yolunun faydalarına üstünlük verməkdə davam etməliyik – qaçqın və məcburi köçkünlərə öz evlərinə qayıtmağa, icmaların yenidən qurulması və bütün region üçün sülh və sabitliyin bərqərar edilməsi üçün imkanlar yaradılmalıdır. Biz keçmiş faciələri xatırlayaraq, belə halların heç vaxt yenidən baş verməməsini və hər kəsin layiq olduğu parlaq gələcəyə nail olmaq üçün çalışmalıyıq”, o qeyd edib.