İnsidentə Milli Şura üzvlərinin şüar səsləndirməsi səbəb olub
Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı “Xocalı” memorial-kompleksini ziyarət edərkən polislə qurum üzvləri arasında gərginlik yaşanıb.
Buna səbəb Milli Şura üzvlərinin ziyarətdən sonra metronun “Xətai” stansiyası yaxınlığında yürüşə keçərək şüarlar səsləndirilməsi olub.
Milli Şura üzvləri “Xocalıya ədalət!”, “Haqqınızı halal edin!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” kimi şüarlar səsləndiriblər. Bu şüarlar polisin əsəbi reaksiyasına səbəb olub, polis və mülki geyimlilər şüarları və yürüşü dayandırmağı, dağılışmağı tələb ediblər.
Polisin yürüşü dayandırma tələbi yerinə yetirməyən Şura üzvləri bir qədər də yürüş etdikdən sonra aksiyanı dayandıraraq bundan sonra dağılmaq haqda özləri qərar veriblər.