Azərbaycan prezident seçkilərini müşahidə üçün beynəlxalq təşkilatlara dəvət göndərib

Səsvermə

Nazirlik 9 beynəlxalq quruma dəvət göndərib
Azərbaycan beynəlxalq təşkilatları oktyabrın 9-da keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün ölkəyə dəvət edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib ki, Azərbaycan seçkiləri müşahidə etmələri üçün BMT, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, MDB Parlament Assambleyası, ATƏT Parlament Assambleyası, GUAM, İslam Əməkdaşlıq Təşkilatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına dəvət göndərib.

Artıq Avropa Şurası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda oktyabrın 15-də keçiriləcək seçkiləri müşahidə edəcəyini bəyan edib.