Xəzər üzrə Azərbaycan-Rusiya məsləhətləşmələri olacaq

Azərbaycan və Rusiya bayraqları

Görüş Moskva şəhərində keçirilir
Mayın 19-20-də Moskva şəhərində Xəzər məsələləri üzrə Azərbaycan-Rusiya ikitərəfli məsləhətləşmələrinin növbəti mərhələsi keçiriləcək.

Xarici İşlər Nazırliyinin mətbuat xidmətinin məlumatına görə məsləhətləşmələrdə Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov iştirak edəcək.

Rusiya Federasiyası tərəfdən isə Rusiya prezidentinin dövlət sərhədlərinin delimitasiya və demarkasiya üzrə xüsusi nümayəndəsi, Xəzər dənizinin hüquqi statusu üzrə çoxtərəfli danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri İqor Bratçikovun iştirakı nəzərdə tutulub.