Azərbaycanın Xəzər Universitetinin “Imagine” komandası ABŞ Dövlət Departamenti tərəfindən keçirilən “Ekstremizmə qarşı Mübarizə Proqramında” iştirak edən iştirakçılar arasında top 6 finalçıdan biri seçilib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin təbrikində deyilir.
Komanda 30-dan çox ölkədən olan 100 universitetlə zorakı ekstremizmə qarşı ən yaxşı mübarizə planlarının hazırlanması yarışında rəqabət aparıb.
Xəzər Universitetinin “Imagine” komandası 2016-cı il iyunun 27-də öz proqramını Belçika və ABŞ-dan olan iki komanda ilə birgə ABŞ-ın yüksək səviyyəli dövlət rəsmilərinə təqdim edəcək.