Tehranda Xəzərin hüquqi statusu ilə bağlı növbəti iclas keçiriləcək

Avropa İttifaqının Xəzər hövzəsinə yanaşması

Xəzərin hüquqi statusu ilə bağlı çoxtərəfli danışıqlar 1998-ci ildən başlayıb
Aprelin 23-24-də Tehranda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun növbəti 32-ci iclası keçiriləcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, iclasda Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov başçılıq edəcək.

Xəzərin hüquqi statusu ilə bağlı çoxtərəfli danışıqlar 1998-ci ildən başlayıb.