Xədicə İsmayılova amnistiyaya düşüb

Xədicə İsmayıl

Jurnalist Xədicə İsmayılova amnistiyaya düşüb.

Jurnalist Facebook səhifəsində yazıb ki, Elman Həsənovun (Türkoğlu) şikayəti üzrə ona kəsilən 2500 manat cərimə amnistiyaya düşüb.

“İyunun 21-də Binəqədi icra şöbəsində amnistiya qərarını mənə təqdim edib, işi bağladılar. Buna baxmayaraq, iyunun 28-də həmin iş üzrə bəraət almaq üçün vəkilim Yalçın İmanovun şikayətinə baxılacaq”, o qeyd edib.

2015-ci il fevralın 23-də Elman Həsənovun iddiası üzrə Binəqədi Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) maddəsi ilə Xədicə İsmayılovanı təqsirli bilərək 2500 manat məbləğində cərimə edib. Jurnalist ittihamı qəbul etməyib, siyasi sifaiş adıandırıb.