Xartumda nümayişçilərə hücum edilib, 9 nəfər ölüb

Sudanın paytaxtı Xartumda təhlükəsizlik qüvvələrinin oturaq etiraz keçirən nümayişçilərə hücumu nəticəsində 9 nəfər ölüb.

Müdafiə Nazirliyi qarşısında keçirilən aksiya iştirakçılarından bir neçə nəfərinin xəsarət aldığı bildirilib.

ABŞ-ın Sudandakı səfirliyi hücumların dərhal dayandırılmasına çağırıb.

Oturaq etirazlar artıq bir neçə həftədir davam etdirilir.

Həmkarlar İttifaqları, peşəkar təşkilatlar və siyasi partiyalar Sudanın hərbi xuntasının mülki hökumətlə əvəz edilməsini tələb edir.

Hərbi xunta uzunmüddətli prezident Ömər Əl-Bəşirin devrilməsindən sonra hakimiyyəti ələ keçirib.