“Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın iddiası reallıqdan tamamilə uzaqdır və danışıqların mahiyyətinə uyğun deyil.”
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin şərhində deyilir.
Ermənistanın mövqeyi
Avqustun 27-də Ermənistanın xarici işlər naziri bu ölkənin Xarici İşlər Nazirliyinin mərkəzi aparatının, habelə diplomatik və konsulluq nümayəndəliklərinin rəhbərləri qarşısında çıxış edərək bildirib ki, Azərbaycanın gərgin şəraitdə danışıqlar aparmaq səyləri sülh üçün əlverişli mühit yaradılmasına mane olur və bununla da problemin davamlı və hərtərəfli həllinə şərait yaratmır.
Azərbaycan həqiqətən münaqişənin sülh yolu ilə nizamlanmasında maraqlıdırsa, Qarabağ xalqının seçilmiş nümayəndələri ilə danışıqlarda eyni dərəcədə maraqlı olmalıdırZöhrab Mnatsakanyan, Ermənistanın xarici işlər naziri
O, əlavə edib ki, Ermənistan Qarabağ xalqının təhlükəsizliyini sual altına qoya biləcək və onun öz müqəddəratını həll etmək hüququnu həyata keçirmək imkanını məhdudlaşdıra biləcək hər hansı nizamlama variantını qəbul edə bilməz.
Mnatsakanyan həmçinin vurğulayıb ki, "Azərbaycan həqiqətən münaqişənin sülh yolu ilə nizamlanmasında maraqlıdırsa, Qarabağ xalqının seçilmiş nümayəndələri ilə danışıqlarda eyni dərəcədə maraqlı olmalıdır."
Azərbaycan Xarici İşlər Nazirliyinin şərhi
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan xarici işlər nazirinin çıxışı ilə bağlı vurğulayır ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz hissəsi olub, hazırda onun ayrılmaz hissəsidir və bu, gələcəkdə də belə olacaq.
"`Dağlıq Qarabağ xalqı` anlayışı yoxdur, Azərbaycanın bu bölgəsinin erməni və azərbaycanlı icmaları vardır."
`Dağlıq Qarabağ xalqı` anlayışı yoxdur, Azərbaycanın bu bölgəsinin erməni və azərbaycanlı icmaları vardır.Azərbaycan Xarici İşlər Nazirliyi
Məlumatda qeyd olunur ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq səviyyədə qəbul edilmiş model beynəlxalq hüququn norma və prinsiplərinə, BMT, ATƏT və digər beynəlxalq təşkilatların qərarlarına, ilk növbədə, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinə əsaslanır.
"Ermənistan xarici işlər nazirinin vətəndaşların öz iradələrini azad ifadə etməsini nəzərdə tutan xalqların öz müqəddəratını təyinetmə hüququna istinad edərək təmsil etdiyi ölkənin təcavüzkar niyyətlərinə hər hansı şəkildə haqq qazandırmaq cəhdləri, nə beynəlxalq hüquqa, nə də sağlam məntiqə uyğun gəlmir. Həqiqətən, hər hansı bir ərazinin əhalisinin bir hissəsinin hüquqlarını bu ərazinin əhalisinin digər hissəsinin hüquqlarını tamamilə pozaraq həyata keçirmək mümkün deyil."
SEE ALSO: Elmar Məmmədyarov: Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmalıdırAzərbaycan Xarici İşlər Nazirliyi vurğulayır ki, yalnız Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycan icmasının öz doğma yurdlarına təhlükəsiz qayıdışı və orada ləyaqətli yaşayışı ilə təməl hüquqlarının bərpasından sonra bu bölgənin sakinlərinin özünüidarəetmə hüquqlarının həyata keçirilməsi formaları üzrə konkret müzakirələr aparmaq mümkün olacaq.
Nazirlik əlavə edib ki, Ermənistan xarici işlər nazirinin son açıqlaması daxili auditoriyaya yönəlib və münaqişənin sülh yolu ilə həlli əvəzinə, onun kəskinləşməsi kimi çox təhlükəli tendensiyaya gətirib çıxarır.
"Ermənistan artıq müəyyən etməlidir, o sülh istəyir, yoxsa vəziyyətin gərginləşməsini?! Belə bir təsəvvür formalaşır ki, hazırkı Ermənistan rəhbərliyi münaqişənin həll olunmasına deyil, bilərəkdən vəziyyətin gərginləşməsinə üstünlük verir. Təəsüflə qeyd olunmalıdır ki, bu gün rəsmi Yerevan reallıqlara əsaslanan yanaşmadan deyil, ilhaqçı mövqedən çıxış edir. Lakin istənilən halda aydındır ki, Azərbaycan heç vaxt işğala əsaslanan status-quo vəziyyəti ilə barışmayacaq. Bizim səbrimiz tükənməz deyil," nazirliyin şərhində deyilir.
ABŞ Səfirliyi: Sizi Minsk Qrupunun həmsədrlərinin 9 mart 2019-cu il mətbuata olan açıqlamasına yönəldirik
Zöhrab Mnatsakyanın bəyanatında öncə Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 5-də ”Qarabağ Ermənistandır” deməsi də Azərbaycan tərəfində kəskin reaksiya doğurub.
Rəsmi Bakı Ermənistan baş nazirinin bu bəyanatını ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar prosesini və Azərbaycanla kompromisin mümkünlüyünü şübhə altına aldığını bildirib.
Ümumilikdə son aylarda cəbhə xəttində gərginliyin artması, - qarşılıqlı ittihamlar, hərbi təlimlərin sayının artması və atəşkəsin pozulması nəticəsində bir neçə hərbiçinin həlak olması ilə müşahidə edilir.
SEE ALSO: ABŞ Səfirliyi: ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində kömək etmək üçün qətiyyətli olaraq qalırABŞ-ın Azərbaycandakı Səfirliyi avqustun 16-da Amerikanın Səsinin son zamanlar Ermənistan-Azərbaycan münasibətlərində baş verən hərbi-siyasi ritorika ilə bağlı sorğusuna cavabda bildirib:
“ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri olaraq tərəflərə Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həllində kömək etmək üçün qətiyyətli olaraq qalır. Minsk Qrupunun həmsədrləri tərəfləri dəfələrlə gərginliyi azaltmaq üçün tədbirlər görməyə və konstruktiv danışıqlara şərait yaradan mühiti dəstəkləməyə çağırıb. Sizi Minsk Qrupunun həmsədrlərinin bu məsələyə aid açıqlamalarına, xüsusən də 9 mart 2019-cu il mətbuata olan açıqlamasına yönəldirik,” səfirlik qeyd edib.
Münaqişənin qısa tarixi
Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.
2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.
Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.
Minsk Qrupunun həmsədrlərinin 9 mart açıqlaması
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu il martın 9-da yaydığı bəyanatda deyilir ki, münaqişənin ədalətli və davamlı həlli Helsinki Yekun Aktının əsas prinsipləri - xüsusən də gücdən istifadə etməklə təhdid etməmək, ərazi bütövlüyü, bərabər hüquqluluq, xalqların öz müqəddəratını təyin etməsi üzərində qurulmalıdır.
Münaqişənin ədalətli və davamlı həlli Helsinki Yekun Aktının əsas prinsipləri - xüsusən də gücdən istifadə etməklə təhdid etməmək, ərazi bütövlüyü, bərabər hüquqluluq, xalqların öz müqəddəratını təyin etməsi üzərində qurulmalıdır.Minsk Qrupunun həmsədrlərinin bəynatından sitat
“Bu, həmçinin 2009-2012-ci illərdə həmsədr ölkələrin prezidentləri tərəfindən təklif edilən əlavə elementləri də ehtiva etməlidir: Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağa təhlükəsizliyi və özünüidarəetməni təmin edən müvəqqəti statusun verilməsi, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz, Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi, qaçqınların və məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıtma hüququnun və sülhməramlı əməliyyatların daxil olduğu beynəlxalq təhlükəsizliyin təmin edilməsi.”
SEE ALSO: Minsk Qrupunun həmsədrləri: “Tərəfləri aktiv hərbi döyüşləri bərpa etmək çağırışından yayınmağa səsləyirik”Həmsədrlər hesab edir ki, bu prinsiplər və elementlər münaqişənin ədalətli və davamlı həlli üçün bünövrə kimi qəbul edilməlidir.
“Prinsiplərin və ya elementlərin birinin digərindən üstün tutulmasına yönəlmiş hər hansı cəhd balanslaşdırılmış sülhə nail olmağı imkansız edəcək,” həmsədlərin bəyanatında qeyd edilir.