ABŞ-da yüksək təcrübəli xarici işçilər viza ilə təmin edilir

ABŞ şirkətləri yüksək təcrübəli xarici işçilərin viza ilə təmin edilməsi üçün müraciət edib. Bu, iş bazarının inkişafına işarədir.

Şirkətlər ali təhsilli 65 min xarici və Amerikada təhsil almış 20 min işçinin işlə təmin edilməsinə çalışır. Mühacirət və Vətəndaşlıq idarəsi H-1B vizalarının verilməsi prosesinə bazar ertəsi günündən başlayıb. 65 min yerlik viza kvotası bu həftə başa çatmalıdır.

ABŞ iqtisadiyyatında açılan 200 min yeni iş yeri əsasən yüksək texnologiya sahəsini əhatə edir. Xarici işçilərin vizaları ölkədə 3 il çalışdıqdan sonra yenilənəcək.