Sosial şəbəkə fəalları İranın dini liderinin “Facebook”a üzv olmasını təəccüblə qarşılayıb.
İranın dini lideri ayətullah Əli Xamneyi “Facebook” sosial şəbəkəsinin üzvü olub. Xamneyinin “Twitter”dəki səhifəsinin yaydığı məlumatda deyilir ki, dini lider “Facebook”a dekabrın 13-də qoşulub.
“Media forum” saytının məlumatına görə, sosial şəbəkələrdəki fəallar, o sıradan da müxalif siyasi fəallar Xamneyinin “Facebook”a üzv olmasını təəccüblə qarşılayıb. İran hakimiyyəti sosial şəbəkələrin sərbəst fəaliyyətinə müxtəlif maneələr yaradır, şəbəkələrə süzgəc qoyur və virtual aləm fəallarına təzyiq edir.
2009-cu ilin iyununda İranda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlarda İran hakimiyyəti “Facebook” və digər sosial şəbəkələri düşmən alətləri adlandıraraq onları İranda məxməri inqilab yaratmaqda günahlandırmışdı. Məhz həmin vaxtdan ölkədə sosial şəbəkələrə süzgəc qoyulmuş, onların fəaliyyəti məhdudlaşdırılmış, bu sahədə çalışanlara qarşı təzyiq və təhdidlər artırılmışdı.
Xamneyinin “Facebook”dakı səhifəsini izləyən tanınmış sosioloq Hüseyn Qaziyan BBC radiosuna açıqlamasında səhifəyə yüzlərlə etiraz şərhi yazıldığını bildirib.