İranın ali dini lideri Seyyid Əli Xameneyinin Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərindəki nümayəndələri birgə bəyanat yayaraq vətəndaşları iyunun 18-də keçiriləcək prezident seçkilərində sandıq başına getməyə dəvət ediblər.
Seyyid Məhəmmədəli Ali-Haşim, Seyyid Mehdi Qureyşi, Seyyid Həsən Amili və Əli Xatəminin imzaladığı bəyanatda yazılıb ki, “biz iyunun 18-də İnqilabın ulu və müdrik liderinin çağırışını qəbul edərək, Allaha yaxınlaşmaq niyyəti ilə sandıq başına gedib və səs verməklə müasir müşriklərin başındakı Qərb İmperializminin gözünə zillət torpağı atacağıq.”
SEE ALSO: İranda prezidentliyə namizədlərin türk icmasına vədləri medianın gündəmindəAli-Haşim, Qureyşi, Amili və Xatəmi Seyyid Əli Xameneyinin vilayətdəki nümayəndəsi olmaqla birlikdə müvafiq olaraq Təbriz, Urmiyə, Ərdəbil və Zəncan şəhərlərinin cümə imamlığı vəzifəsini icra edirlər.
Prezident seçkilərindən aylar öncədən İran Azərbaycanı və türklərin yaşadığı digər bölgələrdə seçici fəallığını yüksəltmək üçün müxtəlif kampaniyalar yürüdülür.
Keçən həftələrdə İran televiziyasından yayımlanan seçki debatlarında namizədlərin dəfələrlə türk icmasından səs istəməsi və bəzi namizədlərin bir neçə kəlmə türkcə danışması hələ də İran mediası və siyasi mühitlərində müzakirə mövzusu olmaqda davam edir.
SEE ALSO: Sepah İran Azərbaycanında seçici fəallığını yüksəltmək üçün kampaniya aparırBəzi ekspertlərə görə, İslam Respublikası seçkilərdə iştirak səviyyəsini yüksəltmək üçün “İranın ən böyük kimlik qrupu olan türkləri” sandıq başına çəkmək üçün xüsusi cəhd göstərməkdədir. Ekspertlər həmçinin hesab edir ki, İran hakimiyyəti türk icmasının seçkilərdə yüksək iştirakını təmin edərək Türkiyə və Azərbaycan Respublikasına da mesaj göndərmək istəyir.