Xameneyi 100 məhbusu əvf etdi

  • Amerikanın səsi

Evin həbsxanasında məhbus qadınlar

Iranın yarı-rəsmi xəbər agentliyi ali dini rəhbərin 100 məhbusu əvf etdiyini xəbər verir.

Mehr agentliyinin bildirdiyinə görə Ayətulla Əli Xameneyinin əvf etdiyi 70 məhbus dərhal həbsdən azad olunub.

Rəsmilər deyirlər ki, məhbusların çoxu 2009-cu ildə prezident Mahmud Əhmədinejadın yenidən seçilməsinə etiraz edən zaman tutulmuşdular.

Rəsmilər məhbusların adlarını açıqlamayıblar.

İran hökuməti adətən dini bayramlada məhbusları əvf edir. İslam Respublikası Ramazan ayının sonunu qeyd etməyə hazırlaşır.