Xalid Ağaliyev: Jurnalistlərə qarşı iddiaların qaldırılması prosesi davam edir

Xalid Ağaliyev

Media Hüququ İnstitutunun koordinatorunun Amerikanın Səsinə müsahibəsi

Media Hüququ İnstitutunun koordinatoru Xalid Ağəlıyev Amerikanın Səsinə müsahibəsində 2019-cu ildə medianın durumu və gözlənilən islahatlardan danışıb.

Amerikanın Səsi: Xalid bəy, media sahəsində bu ilin yekunları ilə bağlı apardığınız monitoinqlərin nəticələri necədir. Monitorinqləriniz hansı media sahələrini əhatə edir?

Azərbaycanda medianın hüquqi durumu əvvəlki illərlə müqayisədə çox ciddi fərqli deyil.


Xalid Ağaliyev: Bizim apardığımız monitorinq medianın bütün sahələrini əhatə edib. Həm yayım mediasının durumu, həm qəzetlərin durumu, həm də saytların durumunu əhatə edirik. Ümumilikdə medianın əsas hüquqi aspektlərini əhatə edir və ümumiləşdirmələr aparılıb. Deyə bilərəm ki, Azərbaycanda medianın hüquqi durumu əvvəlki illərlə müqayisədə çox ciddi fərqli deyil. Bu il məsələn şok yaradan, gərginlik doğuran elə bir ciddi olaylar da baş verməyib. Amma bunun fonunda təbii ki mühitin əvvəlki illərlə müqayisədə nisbətən yumşaq olduğunu söyləmək olar. Amma çox ciddi irəliləyişlər olub, media hüquqi sahəsində olan problemlər çözülü? Bu sahədə ciddi addımların atılacağı anons edilib. Lakin ciddi addımların atıldığını söyləməyə əsaslar yoxdur.

Your browser doesn’t support HTML5

Xalid Ağaliyev: Jurnalistlərə qarşı iddiaların qaldırılması prosesi davam edir

Amerikanın Səsi: 2019-ci ili ölkədə medianına durumu ilə bağlı necə xarakterizə edərdiniz?

İnsanlarda belə bir gözlənti var ki, hökümət media siyasətini dəyişəcək.


Xalid Ağaliyev: Ümumi tendensiya olaraq, onu qeyd edə bilərəm ki, məsələn, 2010-cu ildən bu yana olan dövrü götürsək hər il media sahəsində çox neqativ olaylar baş verirdi. Məsələn, hansısa tanınmış bir jurnalist həbs edilirdi. Jurnalist ölümləri də baş vermişdir. Məsələn, Mehman Əliyev həbs olunmuşdu. Bu çox ciddi hadisə idi və media mühitinin ağırlığını xarakterizə edən bir olay idi. Media sahəsində çalışanlar bundan çox neqtiv təsirlənirdi. Mənim üçün ən qabarıq görünən hadisə odur ki, o cür neqativ olaylar bu il yaşanmayıb. Amma müyyən bir gözləntilər yaranıb, media sahəsində çalışan insanlarda. İnsanlarda belə bir gözlənti var ki, hökümət media siyasətini dəyişəcək. Azad medianın fəaliyyət göstərməsi üçün əlverişli mühitin yaradılması üçün müəyyən addımar atacaq. Belə bir gözləntilərin olduğunu da qeyd etməliyəm. Amma nə baş verəcək, necə gedəcək bu proseslər əlbəttə ki, zaman göstərəcək.

Amerikanın Səsi: Azərbaycan hökuməti ölkədə media azadlığının tam təmin edildiyini, jurnalistlərin hüquqlarının qorunduğunu bəyan edir. Siz necə düşünürsünüz?

İnternet sahəsində də internetin tənzimlənməsi ilə bağlı da hökumətin sıxışdırıcı addımları hiss olunur.

Xalid Ağaliyev: Ümumilikdə bu sualı xeyli geniş aspektdə müzakirə etmək olar. Bu xeyli dərəcədə mübhisəli məsələdir. Beynəlxalq qurumların Azərbaycanda media azadlığının, jurnalistlərin fəaliyyət mühiti ilə bağlı apardığı araşdırmaların nəticələri təəssüf ki, ölkəmiz üçün ürəkaçan deyil. Azərbaycan dünya ölkələri sıralamasında son yerlərdə dayanır. Bizim apardığımız araşdırmalar da təəssüf ki, fərqli nəticə ortaya çıxarmır. Məsələn ötən ildə jurnalistlər peşə fəaliyyətini yerinə yetirərkən qanunsuz müdaxilələr olub. Jurnalistlərə qarşı diffamasiya, təhqirə görə iddiaların qaldırılması prosesi davam edir. Bunları məhkəmələr normal araşdırmırlar. Məhkəmələr jurnalistlərə qarşı verilmiş iddiaları bilavasitə iddiaçıların mövqeyindən çıxış edərək, belə deyək, təsdiqləyirlər. Əvvəlki illərdən gələn bu yanaşmada təəssüf ki, heç bir dəyişiklik olduğunu biz söyləyə bilmərik. İnternet mediasının nisbətən azad olduğunu söyləyə bilərik. Düşüncələrin, rəylərin azad şəkildə ictimaiyyətlə bölüşməsi üçün yeganə platforma olaraq internet qalıb. Amma təəssüf ki, internet sahəsində də internetin tənzimlənməsi ilə bağlı da hökumətin sıxışdırıcı addımları hiss olunur. Azərbaycan internet saytlarını, xəbər saytlarının bloklanması üçün ən pis qanunlara, məhkəmələr təcrübəsinə malik olan təcrübələrdən biri olaraq qalır. Bütün bunları ümumi olarq qeyd etmək istərdim.

Amerikanın Səsi: Mediada plüralizm təmin edilibmi?

Xalid Ağaliyev: Öncə də qeyd elədim ki, Azərbaycanda yayım mediası, televiziya və radio tamamilə hökümətin nəzarətindədir. Azərbaycanda çap mediası da hökümtin nəzarətindədir. İnternet mediasının da böyük bir hissəsi yaxın medialardır. Hansı ki, əhali informasiya tələbatını məhz onlardan aldığı informasiyalar vasitəsilə ödəyir. Bütövlükdə götürdükdə təəssüf ki, teleradio yayımında, qəzetlərdə plüralizmə əməl olunduğunu söyləyə bilmirik. Televiziya sahəsi uzun illərdir hökümətin kontrolundadır və ora fərqli səslərin girişi çox ciddi problemlidir. Amma bütün bunların fonunda onu da qeyd eləmək istərdim ki, son yarım ildə müəyyən mənada ictmai TV-də tədricən fərqli düşüncələrin, plüralizmin təmin olunduğunu söyləyə bilmərik, amma, fərqli fikirlər yer almağa başlayıb. Son 5-10 ili götürdükdə məncə bu il son dəyişiklik diqqətçəkəndir.

Amerikanın Səsi: 2020-ci ildə kütləvi informasiya vasitələri sahəsində hansı yenilikləri gözləmək olar? Ölkədə tənqidi medianın tədqiqat sahələri genişlənə bilərmi?

urnalistlər üçün ən vacib məsələ informasiya əldə etməsi sahəsindəki problemlərdir. Bu sahədə müəyyən addımların çox təcili olaraq atılmsına ehtiyac var.


Xalid Ağaliyev: Söhbətimizin əvvəlində də dediyim kimi 2019-cı ildə insanlarda ən müxtəlif sahələrlə bağlı müəyyən gözləntilər yaranıb. Media sahəsində də, KİV ortamının yaxşılaşdırılmasında da müəyyən pozitiv gözləntilər ortaya çıxıb. Bunlar çox kövrək gözləntilərdir. Mən bayaq da dediyim kimi, ictimai yayımda müəyyən mənada çox cüzi də olsa fərqli fikirlərə yer verilməsini, məsələn, Press Klubun müəyyən həddə fəaliyyətini bərpa etməsini qeyd etmək istəyirəm. Bütün bunlar həmin kövrək gözləntiləri doğruldub.

Qarşıdakı ildə o gözləntilərin reallaşması üçün lazım olan bütün addımların atılmasını gözləmək qalır. Bunlar mütləq atılmalıdır ki, neçə illərdir ki, çox gərgin ortamın yarandığı media sahəsində də müəyyən bir açılım baş versin. Ən müxtəlif addımların atılmasını gözləyirik. Bu daha çox qanunvericilik, hüquqi bazanın, medianın hüquqi fəaliyyətini tənzimləyən hüquqi bazada müəyyə dəyişiklərin olunmasını özündə ehtiva edə bilər. Jurnalistlər üçün ən vacib məsələ informasiya əldə etməsi sahəsindəki problemlərdir. Bu sahədə müəyyən addımların çox təcili olaraq atılmsına ehtiyac var. Bu, informasiya ombusdmanının yaradılmasa ola bilər. Bundan başqa, jurnalistlərin gözünü qorxudan əsas mexanizmlərdən olan böhtan və təhqirə görə cinayət məsuliyyətinin aradan qaldırılması, buna görə cinayət məsuliyyəti nəzərdə tutulan müddəaların müəyyən mənada islahat edilməsi çox effektiv vasitələr ola bilər.