USAİD Xaçmazda kənd yolunu təmir edib

Xaçmazda yol təmiri

Aprelin 21-də Xaçmaz rayonunun Yergüc kəndinin (Bakıdan 157 kilometr şimal) sakinləri, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri, İqtisadiyyat nazirliyini rəsmiləri və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) yol təmiri layihəsinin başa çatmasını qeyd edib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, bu layihə Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı layihə çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub və ABŞ və Azərbaycan hökumətləri tərəfindən birgə maliyyələşib.

Yergüc kəndi Quba-Xaçmaz magistral yolundan 7 km aralıda yerləşir. Kəndi Quba-Xaçmaz magistral yolu ilə birləşdirən kənd yolu illərlə baxımsız vəziyyətdə qalıbmış.

EWMI/SEDA layihəsinin dəstəyilə, icma yerli və regional hökumət qurumları ilə birgə işləyərək yolun 400 metrlik hissəsinə asfalt örtməklə təmir olunmasına nail olub. Təmir olunmuş yol gediş-gəlişi təhlükəsiz etməklə, nəqliyyat xərclərini və vaxtı azaltmaqla 2600-dən çox sakinin gündəlik yaşam şəraitini yaxşılaşdıracaq.

Bu günə kimi, EWMI/SEDA layihəsi Azərbaycanın 61 icmasında 94 000-dən çox insana fayda verərək 69 layihənin maliyyələşdirilməsinə 1 400 000 ABŞ dollarından artıq vəsait xərcləyib.