Rusiyanın Xabarovsk şəhərində şənbə günü on minlərlə insan küçələrə axışaraq region qubernatorunun 2004 və 2005-ci illərdə baş verən bir neçə cinayətlərlə əlaqədar ittihamlar üzrə həbs olunmasına etiraz ediblər.
Yerli media xəbər verir ki, Moskvadan 6100 kilometr uzaqda yerləşən şəhərdə keçirilən mitinqə 15000 ilə 50000 arası insan qatılıb.
Sergey Furqalın həbsində etirazlar 590000 sakini olan bu şəhərdə hər gün etiraz keçirilib.
Nümayişçilərin çoxu ittahamlatın siyasi motivli olduğuna inanır. Onlar müstəntiqlərin dövlət məmurunu ittiham etmək üçün nə üçün bu qədər gözlədiklərini sual edir.
Xabarovsk regionunu məşhur qubernatoru Furqal və millətçi Liberal Demokratik Partiyasının üzvü ittihamları rədd edib. O, iki həftə öncə saxlanılraq Moskvaya aparılıb və orada iki ay müddətinə həbs olunub.
Rusiyanın İstintaq Komitəsi bildirib ki, o, siyasi karyerasından öncə bir neçə biznesmenin qətli ilə əlaqəsi olmaqda şübhəli bilinir.
Furqal 2018-ci ildə qubernator seçilib. Onun gözlənilməz qələbəsi prezident Vladimir Putinin siyasətinə və Kremldəki əsas partiya olan Vahid Rusiyaya meydan kimi görüldü.