Xabarovskda minlərlə insan populyar qubernatorun işdən çıxarılmasına etiraz edir

Rusiyanın Xabarovsk şəhərində böyük bir izdiham şənbə günün küçələrə axışaraq regionun populyar qubernatorunun həbsinə etiraz ediblər. O bu həftə regionda yaşamayan Kremlin təyin etdiyi rəsmi tərəfindən əvəzlənib.

Etirazçılar Rusiyanın paytaxtı Moskvadan 6100 kilometr uzaqda, Çinlə sərhəddə yerləşən şəhərdə keçirilən icazəsiz mitinqdə əllərində üzərində “Xalqın qubernatoru olan Sergey Furqalı geri verin” yazılan plakatı nümayiş etdiriblər.

Xabarovskdan xəbər verən jurnalistlər deyib ki, şənbə günü keçirilən mitinq bu ay başlayan nümayişlərin ən böyüyü olub.

Qubernator bu ayın əvvəli 2004 və 2005-ci illərdə baş verən bir neçə qətl hadisələri ilə əlaqədar ittihamlarla həbs olunub. O, Moskvaya aparılıb və orada barəsində iki ay həbs qətimkan tədbiri seçilib.

Millətçi Liberal Demokratik Partiyasının üzvü olan Furqal ittihamları rədd edib.

Rusiyanın İstintaq Komitəsi bildirib ki, Furqal siyasi karyerası başlamadan öncə bir neçə bzinesmenin qətlində əli olmaqda şübhələnir.

Lakin etirazçılar ona qarşı qaldırılan iddiaların siyasi motivli olduğuna inanır.

Furqal 2018-ci ildə qubernator seçilib. Onun gözlənilməz qələbəsi prezident Vladimir Putinin siyasətinə və Kremldəki əsas partiya olan Vahid Rusiyaya meydan kimi görüldü.