Müharibələr və sərhədlər [Video]

Your browser doesn’t support HTML5

Yüz il bundan əvvəl, I Dünya Müharibəsi başlayan zaman Avropa, Asiya və Afrikanın xəritəsi bü günlə müqayisədə xeyli fərqli idi. Tarixçilərin dediyinə görə, müharibədən sonra bəziləri siyasi, bəziləri iqtisadi səbəblərdən dəyişən sərhədlərlə bağlı bu gün də problemlər yaşanır.

Nottinqem Universitetinin tarixi-coğrafiya professoru Mayk Hefferman 4 il davam edən, 16 milyon əsgər və mülki vətəndaşın ölümü ilə nəticələnən qanlı müharibədən sonra əsrlərlə mövcud olmuş üç imperiya - Avstriya-Macarıstan, Rus və Osmanlı imperiyalarının dağıldını və çox sayda yeni millətin əmələ gəldiyini deyir. “Şərqdə Polşa dövləti yarandı, Latviya, Litva və Estoniya kimi Baltikyanı dövlətlər meydana çıxdı, Avstriya-Macarıstan imperiyası kiçik dövlətlərə parçalandı.”

Bu üç imperiya dağıldıqdan sonra yeni dövlətlərin təsis edilməsi beş ilə qədər vaxt apardı Yeni dövlətlər öz müstəqilliklərini bayram edirdi. Lakin professor Hefferman deyir ki, dövlətlərarası müzakirələrə qatılmış nümayəndələr iqtisadçı deyildilər. “Onlar tarix, coğrafiya üzrə mütəxəssislər idi. Onlar iqtisadi baxımdan inteqrasiya olunmuş Avropanı nəzərə almırdılar.”

Oksford Universitetindən beynəlxalq əlaqələr üzrə professor Marqaret Makmillan köhnə imperiyalarda stabilliyin olduğunu, buna görə də bu imperiyalar dağıldıqdan sonra kiçik dövlətlərin yeni qaydalara uyğunlaşmasının çətin olduğunu deyir. “Yaxın Şərqdə bə Avropanın mərkəzində insanlar qəflətən tanımadıqları bir şəraitə düşdülər, hansı ölkəyə mənsib olduqlarını bilmirdilər. Bu dövlətlərin sərhədləri məlum olmadığı üçün kiçik qruplaşmalar hansısa ərazni ələ keçirmək üçün öz aralarında döyüşürdülər. Çətin vaxtlar idi.”

20 il sonra II Dünya Müharibəsi başladı. Bu müharibə də sərhədlərlə bağlı problemlərə son qoymadı. Müharibədən sonra sülh uzun çəkdi, lakin Sovet İttifaqı dağıldıqdan sonra xəritədə yenidən dəyişikliklər baş verdi.

Nyu-Yorkun Hofstra universitetindən tarix elmləri üzrə professor Stanislao Puqliyez deyir ki, xəritələr əksər hallada arbitrar xarakteri daşıyır və siyasi və mədəni reallıqları əks etdirmir “Biz sərhədlərin toxunulmaz və müqəddəs olduğunu düşünürük, lakin tarix bizə başqa şeyi deyir.”

Professor bildirir ki, illər əvvəl heç kəs Sovet İttifaqının dağıla biləcəyini də ağlına gətirə bilməzdi. Lakin əbədi heç nə yoxdur.

.