Dünya liderləri Həmasın İsrailə hücumuna reaksiya verib

Dünya liderləri Qəzzə zolağının Həmas rəhbərliyinin şənbə günü İsrailə misli görünməmiş çoxtərəfli hücumuna reaksiya veriblər.

Ukrayna prezidenti terrora qarşı birliyə çağırır

Ukrayna Prezidenti Volodimir Zelenski “İsrailin özünü müdafiə etmək hüququ sual edilə bilməz” deyib və “bu terror hücumunda ailə və dostlarını itirən hər kəsə” başsağlığını çatdırıb.

“Biz inanırıq ki, asayiş bərpa olunacaq və terrorçular məhv ediləcək,” o, rəsmi Telegram kanalında yazıb. Zelenski yəhudidir və Holokostda öldürülən qohumları olub.

“Dünya birlik və həmrəylik içində olmalıdır ki, terror heç vaxt dünyanın heç bir yerində həyatları fəth etməyə və ya məhv etməyə cəhd edə bilməsin,” o deyib.

Ağ Ev hücumu pisləyib

Ağ Ev şənbə günü bildirib ki, Həmasın hücumlarını “birmənalı şəklidə qınayır.”

“Biz İsrail höküuməti və xalqının yanındayıq və bu hücumlarda həlak olan israillilərə başsağlığı veririk,” Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrien Vatson deyib.

“ABŞ birmənalı olaraq Həmas terrorçularının israilli mülki vətəndaşlara qarşı səbəbsiz hücumlarını qınayır,” o deyib. “Terrora heç vaxt haqq qazandırmaq olmaz.”

Vatson deyib ki, milli təhlükəsizlik müşaviri Ceyk Sallivan israilli həmkarı Tzaçi Haneqbi ilə danışıb. O bildirib ki, Birləşmiş Ştatlar və İsrail yaxın təmasda qalır.

İran qanunvericiləri “İsrailə ölüm” şüarları səsləndirib

İran parlamentinin üzvləri şənbə günü sessiyalarını “İsrailə ölüm” və “İsrail məhvə məhkum olacaq, Fələstin isə qalib olacaq” şüarları ilə açıblar.

Dövlət televiziyasında onlarla parlament üzvünün parlament palatasının ortasında toplaşdığı göstərilib.

İran televiziyas Qəzzə zolağından İsrailə doğru atılan raketlərin görüntülərini yayımlayıb və Həmasın hücumlarını dəstəkləyən analitiklərdən müsahibələr alıb.

Səudiyyə Ərəbsitanı təmkinə çağırıb

Səudiyyə Ərəbsitanı İsrail və Qəzzə zolağında döyüşlərin dərhal dayandırılmasına çağırıb.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin şənbə günü yaydığı bəyanatda hər iki tərəf mülki vətəndaşları qorumağa və təmkinli olmağa çağırılır.

“Krallıq davalı işğal, fələstin xalqının legitim hüquqlarından məhrum olması,” İsrail tərəfindən onlara “qarşı sistem təxribatlarının təkrarlanması nəticəsində vəziyyətin nəzarətdən çıxmasnın təhlükələri ilə bağlı dəfələrlə etdiyi xəbərdarlıqları xatırladır,” bəyanatda deyilir.

Səudiyyə Ərəbistanı uzun zamandır fələstinliləri dəstəkləyir və İsrailin 1967-ci ildəki sərhədlərinə əsaslanan və Şərqi Qüdsün Fələstinin paytaxtı olacağı iki dövlət həllinin tətbiqinə çağırır.

ABŞ Səudiyyə Ərəbistanının İsraili diplomatik olaraq tanımağa razılıq verməsi üçün geniş miqyaslı saziş üzrə danışıqlar aparmağa çalışır. Bu saziş krallığın ABŞ-dan daha çox təhlükəsizlik zəmanəti alması və nüvə proqramına geniş yardımı əhatə edə bilər.

Rusiya atəşkəsə çağırır

Rusiya xarici işlər nazirinin müavini və İsrail və Misirdəki keçmiş səfiri Mixail Boqdanov şənbə günü Tass xəbər agentliyinə bildirib ki, Moskva [münaqişənin] bütün tərəfləri, o cümlədən ərəb ölkələri ilə təmasdadır və Həmasla İsaril arasında “dərhal atəşkəsə və sülhə” çağırıb. Boqdanov Rusiya diplomatlarının hansı ərəb ölkələri ilə təmasda olduğunu açıqlamayıb.

“Biz beynəlxalq ictimaiyyət tərəfindən tanınan mövcud razılıqlar üzrə sülh prosesinin dərhal başlamasına çağırırıq,” Boqdanov deyib. O əlavə edib ki, BMT Təhlükəsizlik Şurasının, münaqişə ilə bağlı bir sıra qətnamələri həyata keçirilməyib. Ancaq o, təfərrütları açıqlamayıb.

BMT insan hüquqları rəhbəri zorakılıqlara son qoyulmasına çağırır

BMT-nin insan hüquqları üzrə komissarı hücumdan “şok və dəhşətə gəldiyini” deyib.

Volker Türk zorakılıqlara dərhal son qoyulmasına çağırıb və bütün tərəfləri və “regiondakı əsas ölkələri” de-eskalasiya etməyə və daha çox qan tökülməsinin qarşısını almağa çağırıb.

Türk Cenevrədə açıqlanan bəyanatında deyib ki, o həmçinin “İsrail mülki vətənaşlarının girov götürüldükləri ilə bağlı xəbərlərdən çox narahatdır”.

“Bu hücum İsrail vətəndaşlarına dəhşətli təsir göstərir,” Turk deyib və bildirib ki, mülki vətəndaşlar hüç vaxt hücumların hədəfi olmamalıdır.

“Mən onu da qeyd edirəm ki, İsrail qüvvələri sıx məskunlaşan Qəzzə zolağına hava zərbələri ilə cavab verib və ən azı 5 nəfərin öldüyü bildirilir. Mən onları orada mülki əhalinin tələfatına yol verməmək üçün bütün tədbirləri görməyə çağırıram,” o deyib.

Avropa liderləri İsrailə dəstək ifadə edib

Avropa liderləri Həmasın hücumunu pisləyib və İsraillə həmrəyliklərini ifadə edib.

Avropa İttifaqnın icraecidi komissiyasının başçısı Ursula von der Leyen şənbə günü əvvəllər Twitter kimi tanınan X-də yazıb ki, bu hücum “ən alçaq formada terrorizmdir.” O deyib ki, “İsrailin özünü bu cür mənfur hücumlara qarşı müdafiə etmək hüququ var.”

Almaniya kansleri Olaf Şoltz deyib ki, militantların raket hücumları və artan zorakılıq “bizi dərindən şok edir.” O bildirib ki, “Almaniya Həmasın bu hücumlarını pisləyir və İsrailin yanındadır.”

Fransa Prezidenti Emmanuel Makron yazıb ki, o, İsrailə qarşı “terror hücumları” qınayır və o, “qurbanlar, onların ailələri və sevdikləri ilə tam həmrəyliyimi" ifadə edib.

İtaliya xarici işlər naziri Antonio Tacani deyib ki, İtaliya hökuməti İsrailə hücumları “son dərəcə qətiyyətlə” pisləyir.

“İnsanların, bölgənin təhlükəsizliyi, hər hansı siaysi prosesin bərpası risk altındadır,” Tacani X paltformasında yazıb.

Hizbullah deyir ki, hücum işğala yeganə cavabdır

Livanın Hizbullah qrupu Həması əməliyyata görə təbrik edib və deyib ki, o “ilahi dəstəyə malikdir və yekun və hərtərəfli qələbə vəd edir.” Qrup bildirib ki, hücum “İsarilin cinayətlərinə” və müqəddəs yerlərə hücumlarına cavabdır və “Fələstin xalqının iradəsi və müqavimətin silahı işğala qarşı yeganə alternativdir.”

Hizbullah Livandakı hərbi komandanlığının yerdəki hadisələri izlədiyini və fələstin komandanlığı ilə təmasda olduğunu və hər ikisnin “vəziyyəti və davam edən əməliyyatı dəyərləndirdiyini” bildirib.

“Biz sionist düşmən hökumətini Fələstin müqavimətinin yerdə həyata keçirdiyi faktlardan dərs almağa çağırırıq,” Hizbullah deyib