Beynəlxalq Energetika agentliyi yanacaq qiymətlərinin artacağını proqnozlaşdırır

  • Amerikanın səsi

Beynəlxalq Energetika agentliyi yanacaq qiymətlərinin artacağını proqnozlaşdırır

Beynəlxalq Energetika Agentliyi bildirir ki, ölkələr, şirkətlər və istifadəçilər enerjidən istifadə yollarını əsaslı şəkildə dəyişməsə, dünya üzrə yanacaq qiymətləri daha da arta bilər və iqlim dəyişikliyi üçün daha böyük risklər yarana bilər.

Agentliyin bu gün açıqladığı hesabatda 2035-ci ilə qədər yanacağa tələbatın 40 faiz artacağı və bunun nəticəsində bir barrel üçün neftin qiymətinin 200 dollara çatacağı təxmin edilir. Hesabatı hazırlayanların bildirdiyinə görə, bu tələbata cavab vermək üçün neft hasilatının artacağı yeganə regiona belə görünür, Yaxın Şərq olacaq. Lakin bu, infrastkruktura böyük investisiyalar olmadan mümkün olmayacaq. Hesabatda həmçinin qeyd edilir ki, Yaponiyada baş vermiş təbii fəlakətlər nüvə enerjisinin təhlükəsizliyi və gələcəyi ilə bağlı suallar qaldırıb.

Müəlliflər xəbərdarlıq edir ki, atom enerjisinin bundan sonra azaldılması enerjiyə tələbatın iqlim dəyişikliyinin əsas səbəbi kimi göstərilən ənənəvi yanacaq hasilatını artırmadan ödəmək mümkün olmayacaq.

Hesabatla aşağıdakı linkdə tanış ola bilərsiniz.

http://www.iea.org/weo/