İş yerində idman - Yüksək məhsuldarlıq [Video]

Your browser doesn’t support HTML5

İdmanın nə qədər xeyirli olduğunu bilsək də, çoxumuzun gün ərzində bunu etməyə imkanı olmur. Lakin Mortenson inşaat şirkəti işçiləri üçün bu problem deyil.

Yüzlərlə inşaat işçisinin bir araya gəlib, əyilib-qalxması Şərqi Asiya üçün qeyri-adi olmasa da, Amerikanın mərkəzində də belə bir mənzərəni seyr etmək olar.

Mortenson şirkətinin təhlükəsizlik direktoru Mel Lenqleys: “Bir neçə il əvvəl bir sıra şirkətdə işdə idman fikri gülməli gəlirdi. Lakin hazırda bu, bizim mədəniyyətimizin bir hissəsi olub.”

Mortenson inşaat şirkətinin işçiləri iş zamanı idmana 20 ilə yaxındır başlayıb. Margett universitetinin İdman Proqramı üzrə direktoru Kris Geyser bunun yaxşı fikir olduğunu deyir. “Bu, işçilərə evdəki narahatlıqlardan uzaqlaşmaq və iş yerində yoldaşları ilə bir araya gəlib, stresi atmaq imkanı verilir.”

Bunun həm də təhlükəsizlik baxımından üstünlükləri var. Belə ki, Milwaukee inşaat şirkətinin işçiləri ağır texnikadan istifadə edərək, yeni stadionun damını düzəldir. Səhər idmanı isə belə ağır iş görən insanlara güc verir və fikirlərini cəmləşdirməyə yardım edir. “Hər hansı inşaat işində insanın fikri dağınıq olmamalıdır və siz buna mənəvi hazır olmalısınız. Siz nə zaman nə edəcəyinizə hazır olmalısınız” deyə, inşaat işçisi Toni Miller bildirir.

Mavi səma altında qrup şəklində idman digər ABŞ şirkətlərini də işçilərinin bədən tərbiyəsinə imkan yaratmağa sövq edə bilər.