Məşhurlar: Reese Witherspoon yeni ampluada

Oskar mükafatı almış aktrisa özünü müğənni kimi sınayır
Reese Witherspoon-un mahnı oxuması yadınızdadırmı?

Aktrisa bir daha mikrofon qarşısına çıxmağa hazırlaşır. Lakin bu dəfə o, rolda deyil, özü əsl müğənni kimi səhnəyə çıxır.

Bir də bu dəfə Reese Witherspoon-un rəqs edəcəyini gözləməyin. 36 yaşlı aktrisa səhnəyə professional müğənni Maykl Buble ilə bərabər çıxacaq.

Deyilənə görə, aktrisa Mayklla bərabər duet ifa edəcək. Reese Witherspoon-un sonuncu dəfə səhnəyə müğənni kimi çıxanda Oskar mükafatı aldığını nəzərə alsaq, onun bu dəfə duetdə mahnı ifa etməsi ümidverici görünür.

"People" jurnalına istinadən Reese səs-yazma prosesinin onun həyatında ən həyəcanlı və ən çox qorxduğu bir iş olduğunu deyib.

Oskar mükafatı almış aktrisanın Grammy mükafatına da layiq görülməsi üçün kifayət qədər şansı ola biləcəyinə inanırıq.