Pakistan və Əfqanıstan liderləri WikiLeaks sənədlərinin etibarlılığına inanmadıqlarını bildirir

  • Amerikanın səsi

Əfganıstan prezidenti Həmid Karzai (sağda) Pakistanın Baş naziri Yusif Raza Gilani ilə görüşür

Pakistanın Baş naziri Yusif Raza Gilani ABŞ-ın məxfi diolomatik sənədlərində göstərildiyi kimi Əfqanıstan prezidenti Həmid Karzainin siyasi cəhətdən zəif olduğunu dediyi haqda iddiaları rədd edib. Cənab Gilani bu gün Kabildə cənab Karzai ilə birlikdə danışarkən müxbirlərə deyib ki, əfqan liderinin hüquq-mühafizə orqanları üzərində nəzarəti olmadığına dair xəbərlər belə görünür, ABŞ-ın gənc diplomlatlarının fikridir və buna ciddi əhəmiyyət vermək lazım deyil. O əlavə edib ki, məlumatları açıqlayan WikiLeaks saytına da inanmaq olmaz. Cənab Karzai isə sənədlərə əsasən Əfqanıstan prezidentini zəif insan kimi təsvir etdiyi maliyyə naziri Ömər Zəxlilvalı müdafiə edib. Zəxlilval özü bu gün belə sözləri heç vax söyləmədiyini deyərək, ABŞ-ın səfiri Karl Aykenberrini onun ifadələrini yanlış şəkildə çatdırmaqda ittiham edib. Maliyyə naziri insidenti etibarın pozulması adlandıraraq deyib ki, ABŞ səfiri ilə bundan sonra əvvəlki kimi iş qurula bilməyəcək.