Wikileaks-i məxfi məlumatla təmin etməkdə günahlandırılan ABŞ əsgəri kamerada 7 saat çılpaq saxlanılıb

  • Amerikanın səsi

Wikileaks-i məxfi məlumatla təmin etməkdə günahlandırılan ABŞ əsgəri kamerada 7 saat çılpaq saxlanılıb

Wikileaks-i məxfi məlumatla təmin etməkdə günahlandırılan ABŞ əsgərinin vəkili müdafiə etdiyi şəxsin kamerada 7 saat ərzində çılpaq saxlandığını bildirib. Deyvid Kumbs öz veb səhifəsində sıravi Bradli Manningin Quantiko bazasında aparılan təftiş müddətində geyimsiz saxlandığını yazıb. New York Times-ın məlumatında Manninqin çılpaq saxlandığının hərbi sözçü Brayan Villard tərəfindən təsdiq edildiyi bildirilir. Manning maksimum mühafizə edilən təcridxanada saxlanılır və onun gündə yalnız bircə saat kamerasını tərk etməsinə icazə verilir.