Müharibə Cinayətləri üzrə Beynəlxalaq Tribunalın baş prokuroru Lui Moreno-Okampo Sudan prezidenti Ömər əl-Bəşirin ölkədən milyonlarla dollar oğurladığına dair dəlili olduğunu bildirib. Baş prokuror bu açıqlamanı Britaniyanın Guardian qəzetində korrupsiya ilə bağlı iddialar haqda məlumatlardan sonra verib. Məlumatlar WikiLeaks saytında ABŞ-ın məxfi diplomatik teleqaramlarına əsaslanır. Teleqramlarda Moreno-Okamponun cənab Bəşirin Londoun Lloyds Bankında 9 milyon dollar gizlətdiyini dediyi qeyd edilir. Teleqramda deyilir ki, baş prokuror ictimaiyyət onun sərvəti haqda həqiqəti öyrəndiyi halda, cənab Bəşirin populyarlığının azala biləcəyini düşünür. Sudan rəsmiləri Moreno-Okamponun ittihamlarının doğru olmadığını və bunun cənab Bəşiri gözdən salmaq səylərinin bir hissəsi olduğunu bildiriblər. Beynəlxalaq Tribunal Sudan liderini Sudanın Darfur regionunda müharibə cinayətləri və soyqırırımda ititham edib