Ağ Ev ilk qaradərili yeni mətbuat katibini açıqlayıb

Ağ Evin mayın 13-də işə başlayacaq yeni mətbuat katibi Karin Jan-Pyer

Ağ Ev cümə axşamı yeni mətbuat katibini elan edib. Mayın 13-də vəzifəsini tərk edəcək Cen Psakini Karin Jan-Pyer əvəz edəcək.

Hazırda mətbuat katibinin müavini olan Jan-Pyer bu vəzifədə işə başlayan ilk qaradərili və ilk açıq gey olacaq.

"Bu bir tarixi andır və mənim həmişəlik xatirimdə qalacaq" - deyə, Jan-Pyer Ağ Evdə bildirib. O öz yeni vəzifəsini “şərəf və imtiyaz” adlandırıb.

Prezident Co Bayden açıqlamasında bildirib ki, "Karin bu çətin iş üçün lazım olan təcrübə, istedad və dürüstlüyə sahib olmaqla kifayətlənmir, həm də Amerika xalqı adından Bayden-Harris administrasiyasının işi haqqında məlumatları çatdırmağa davam edəcək. . . o, mənim və bu administrasiyanın danışan güclü bir səsi olacaq".

Vəzifəsindən getməyə hazırlaşan Cen Psaki haqqında isə prezident deyib ki, "Cen Psaki Ağ Evin Brifinq Otağına ədəb, hörmət və nəzakətin qaytarılması üçün bir standart təyin etdi. Mən ona bu işdə standartları yuxarı qaldırdığına, Amerika xalqı ilə birbaşa və dürüst ünsiyyət qurduğuna və bunu edərkən yumor hissini saxladığına görə təşəkkür etmək istəyirəm".

Cen Psaki də öz növbəsində Twitter-də prezidentə təşəkkürünü bildirib.