İRNA xəbər agentliyi hər tərəfdən iki nəfərin həlak olduğunu bildirib
İranın rəsmi xəbər agentliyi İRNA sentyabrın 7-də Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində PKK-nın İran qanadı olan PEJAK və Sepah arasında ortaya çıxan qarşıdurmada hər tərəfdən iki nəfərin həlak olduğunu bildirib.
İRNA-nın məlumatına əsasən, qarşıdurma Türkiyəyə yaxın Razi sərhəd məntəqəsi və Beləsu adlı kəndin yaxınlığında baş verib.
Xoy şəhərinin qubernatoru Hüseyn Sivani Əslin sentyabrın 8-də mətbuata verdiyi müsahibədə “iki Sepah qüvvəsinin şəhid, ikisinin isə yaralı olduğunu və PEJAK terrorçularından 2 nəfərin öldüyü, 5 nəfərin isə yaralandığını” bildirib.
Xoy-Van sərhədindəki Kapıköy-Razi sərhəd məntəqəsi Türkiyənin şərqində artan terror fəaliyyətləri nəticəsində 10 gün öncədən qapadılıb.