Vaşinqton şəhəri və onun ətrafındakı məktəblərin minə qədər yuxarı sinif şagirdi prezidentliyə yeni seçilmiş Donald Trampa etiraz olaraq, çərşənbə axşamı şəhər boyu yürüş keçirib.
Vudrou Vilson insan haqları müdafiə klubu təşkil olunacaq yürüş barədə məktəb şagirdlərinə sosial media, onların valideynlərinə isə e-mail vasitəsi ilə məlumat verib.
Yürüşdə iştirak edən şagirdlərdən bəzilərinin əynində Donald Trampın rəqibi, prezidentliyə demokrat namizəd Hillari Klinton haqda dediyi "Ədəbsiz qadın" sözləri yazılmış köynək olub.
Seçkilərdə iştirak edə bilməyən yüzlərlə şagird yeni seçilmiş prezident haqda fikirlərinin izhar etmək istəyib. "Bu birlikdir. Biz bir araya gələn kimi birlik deyə qışqırırıq. Biz nifrət dolu retorikalara cavabsız qala bilmərik.
Keçən həftənin çərşənbə axşamından bəri Donald Trampın Hillari Klointon üzərində qələbəsindən sonra Birləşmiş Ştatlar boyu etiraz aksiyaları keçirilir.