Vəkil : "Əfqan Sadıqovun vəziyyəti həddindən artıq ağırdır"

Your browser doesn’t support HTML5

Dekabrın 4-də Bakı Apellyasiya Məhkəməsində Əfqan Sadıqovun apellyasiya şikayətinə baxılıb. Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib. Əfqan Sadıqov mayın 13-də saxlanılıb və Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. İstintaqın iddiasına görə, Sadıqov "xeberfakt".az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10,000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.