Vyetnamlılar Makkeynə ehtiramını nümayiş etdirib

Vyetnamın rəsmi informasiya agentliyi (VNA) və Tin Tuc News-un verdiyi məlumata görə, 200-dən çox təşkilat nümayəndəsi keçmiş ABŞ senatoru Con Makkeyinə ehtiramını nümayiş etdirmək üçün ötən həftə ABŞ-ın Hanoi şəhərindəki səfirliyini ziyarət edib.

Ziyarətçilər arasında Vyetnamın liderləri, Kommunist Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr komissiyasının nümayəndələri, bəzi nazirliklər, təşkilatlar və Vyetnam-ABŞ cəmiyyətinin nümayəndə heyyətləri olub.

Vyetnam ziyalıları səfirliyin başsağlığı kitabına ürək sözlərini yazaraq, Makkeyni "dürüst, cəsur və nəcib bir şəxs" kimi tərənnüm ediblər.

Vyetnamlılar həmçinin Vyetnam ordusu tərəfindən 1967-ci ildə ABŞ hərbi təyyarəsinin vurulduğu və Con Makkeynin əsir alındığı Truc Bach gölündə də keçmiş senatorun xatirəsini yad ediblər.

Con Makkeyn Vyetnam müharibəsi dövründə əsir düşdükdən sonra Honai şəhərində beş il yarım saxlanılaraq işgəncə edilmişdi.