Çin hökuməti cənubi Çin dənizində, mübahisəli ərazidə 21 vetnamlı balıqçını həbsə almasını müdafiə edib. Vyetnam hökuməti həbsə alınan balıqçıların dərhal azadlığa buraxılmasına çağırıb. Balıqcı bu yaxınlarda Parasel adası yaxınlığında saxlanılıb. Bu əraziyə Çin nəzarət edir. Vyetnam isə bu ərazi iddia edir. Vyetnamın xarici işlər naziri dünən balıqçıların dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edib. O deyib ki, həbs Vyetnamın adaya iddialarına qarşı ciddi zorakılıqdır. Çin Xarici İşlər Nazirliyinin sözcüsü, Honq Lei bu gün bildirib ki, həbs Çin ərazisində qəsbkar balıqçılığın qarşısını almaq üçün qanuni atılmış addımdır. Vyetnam rəsmiləri dünən Çin rəsmilərinin balıqçıları azadlığa buraxmaq üçün 11 min dollar pul tələb etdiklərini deyiblər.