Rusiyanın Kamçatka yarımadasında vulkan püskürməkdə davam edir

Rusiyanın uzaq şərqi Kamçatka yarımadasında 1970-ci ildən bəri yatqın qalan vulkan püskürməkdə davam edir.

Ploski Tolbaçik vulkanı noyabr ayının 27-si püskürməyə başlayıb. Vulkanoloqlar bu prosesin nə zaman başa çatacağının qeyri-müəyyən olduğunu deyirlər.

Alimlər vulkan baş verən dağın yamacında beş kilometr çatlağın yarandığını və nəticədə ətrafa lava yayıldığı və havaya kül yayıldığını deyib.

Yerli rəsmilər Reuters xəbər agentliyinə deyiblər ki, vulkan püskürməsi nəticəsində yaranan lava yaxınlıqdakı çay vadisinə axıb, vulkanoloqların tədqiqat mərkəzi və yerli turist düşərgələrini dağıdıb. Mərkəz və turist düşərgələrinin hər ikisi hadisə baş verən zaman boş olub.

Yaxınlıqda yerləşən Mayskoy və Kozırevisk qəsəbələri vulkan külünün təsirlərinə məruz qalıblar. İndiyədək insan tələfatı barədə məlumat verilmir.

Xəbər agentliyi bildirir ki, geniş ərazidə lavalar tundra və vəhşi təbiət dağılıb. Eyni zamanda vulkan püskürtüsü əraziyə yüzlərlə turist cəlb edib.