Azad Fikir Universitetinin layihə direktoru təşkilatın məqsədlərindən və gördüyü işlərdən danışır
"Azad Fikir Universiteti "OL" Gənclər Hərəkatının layihəsidir. Məqsədimiz Azərbaycanda olan gənclər, tələbələr və məzunlar üçün müxtəlif aktual mövzular haqqında ekspertlər və universitet professorlarının mühazirələrini təşkil etməkdir". Bu sözləri Amerikanın Səsinə müsahibəsində AFU-nun layihə direktoru Vüqar Salamlı deyib.
Cənab Salamlının sözlərinə görə, 2009-cu ilin oktyabrında fəaliyyətə başlayan Azad Fikir Universiteti bir çox donor təşkilatın maliyyə dəstəyi ilə iş aparır. O, bu fondlar arasında xüsusilə Amerikanın "Demokratiyay Dəstək Fondu"nun adını vurğulayaraq bildirib ki, ABŞ-ın Bakıdakı səfirliyinin rolu da az olmayıb.
Vüqar Salamlı habelə layihənin ənənəvi universitet statusu əldə etmək planlarından da danışaraq bu sualla tez-tez üzləşdiklərini deyib. O, Azad Fikir Universitetinin əsas olaraq fikir mübadiləsinə üstünlük verdiyini dilə gətirib.