"Vriendly" - təhsil sistemini demokratikləşdirməkdə daha bir addım
Your browser doesn’t support HTML5
"Vriendly" startapı 2018-ci ilin mart ayından fəaliyyətə başlayıb. Startapın əsas məqsədi təhsil sistemini demokratikləşdirmək olub. Həmtəsisçilərdən Kamran Qurbanlı deyir ki, minilliklərdir insanlar divarlar arasında təhsil alırlar və artıq bu model dəyişməlidir, zamanın tələbidir ki, təhsildə daha dinamik, daha funksional vasitələr istifadə olunsun.
Təhsilin çatdırılmasında sosiallaşmanın çox önəmi var, bir insan oturub evdə sadəcə kontentə baxmaqla mövzunu dərindən öyrənə bilmir. Məhz buna görə, Vriendly-yə multiplayer məntiqi gətirilib və artıq tək nəfər yox, paraleldə bir neçə nəfər qoşulub bir yerdə kontenti müzakirə edib, bir yerdə öyrənə bilirlər. Bunun üçün insanların fiziki olaraq bir yerdə olmaqlarına ehtiyac yoxdur. Dünyanın hər yerindən insanlar eyni kontentə qoşula bilərlər.