Volqoqradda avtobusda hücum qadın tərəfindən həyata keçirilib


Rusiya rəsmiləri Volqoqradda sərnişin avtobusda partlayışın qadın intiharçı tərəfindən törədildiyini bildirib.

Partlayış nəticəsində beş adım ölüm, 30-dan çox adam yaralanıb.

Rusiyanın İstintaq komitəsi intharçının şəxsiyyətini müəyyən edərək, onun Naidə Axiyalova olduğunu bildirib. Komitənin sözçüsü Vladimir Markin 30 yaşlı Axiyalovanın Dağıstanda anadan olduunu deyib.

Hələlik hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb

Volqoqrad rəsmiləri çürşənbə günündən hadisə qurbanlarının xatirəsini anmaq üçün üç günlük matəm elan edib.